[b]“Roma”nın futbolçusu Çinə köçür[/b]
23.01.2018 - 14:35
[b]“Roma”nın futbolçusu Çinə köçür[/b]

“Roma” daha bir aparıcı futbolçusu ilə yollarını ayırmağa hazırlaşır. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, hücumçu Edin Dzeko və müdafiəçi Emersondan sonra yarımmüdafiəçi Raca Nainqqolan da “canavarlar”ı tərk edəcək.

 

“Çelsi” ilə ilkin razılıq əldə edən komanda yoldaşlarından fərqli, Nainqqolan Çin klubu “Quançjou Everqrand”a keçir. Belə ki, çinlilər belçikalı oyunçunu icarəyə götürmək üçün qarşı tərəflə danışıqlara başlayıb.

 

İlkin razılığa əsasən, 30 yaşlı orta sahə oyunçusunun illik maaşı 12 milyon avro olacaq. Bundan əlavə, futbolçu 20 milyon avro müqavilə pulu da qazanacaq. “Quançjou Everqrand” onu birdəfəlik transfer etmək hüququna malik olacaq.

0