[b]Qazaxıstan Azərbaycan yığmasını istəyir[/b]
23.01.2018 - 15:34
[b]Qazaxıstan Azərbaycan yığmasını istəyir[/b]

UEFA Millətlər Liqasının sabah keçiriləcək püşkatması öncəsi əksər ölkələr özləri üçün münasib və arzuolunmaz rəqibləri müəyyənləşdirir. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi ilə birlikdə D liqasında yer alan Qazaxıstan da bu tendensiyadan geri qalmayıb.

 

Bu ölkənin sports.kz saytı püşkatmada III səbətdə yer alacaq yığmaları üçün ideal qrupu açıqlayıb. Həmkarlarımız I səbətdən Azərbaycan milli komandası ilə görüşmək istədiklərini gizlətməyiblər. Qazaxıstanlılar Qurban Qurbanovun yetirmələri ilə yanaşı, Latviya və San-Marinonu da arzularının qrupunda görürlər.

 

Qazaxıstanlıların ən qorxduğu qrup isə Belarus, Latviya və Kosovo ilə rəqib olmaqdı. 

0