[b]Qurban Qurbanov “Qarabağ”ın düşərgəsindən ayrıldı[/b]
23.01.2018 - 23:50
[b]Qurban Qurbanov “Qarabağ”ın düşərgəsindən ayrıldı[/b]

“Qarabağ” Antalyada qış təlim-məşq toplanışını davam etdirir. Apasport.az saytının məlumatına görə, ağdamlılar hazırlığın on beşinci gününü tək məşqlə başa vurub.

 

Səhər saatlarında başlayan məşq 90 dəqiqə davam edib. Futbolçular çalışmaya fiziki təmrinlərlə başlayıb və toplu hərəkətlərlə hazırlığı yekunlaşdırıb.

 

Qeyd edək ki, UEFA Millətlər Liqasının püşkatma mərasimi üçün İsveçrəyə yollanan Qurban Qurbanov son hazırlıqda komandanın yanında ola bilməyib.

0