[b]“Müəyyən səhvlər oldu” – İran yığmasının baş məşqçisi[/b]
24.01.2018 - 00:24
[b]“Müəyyən səhvlər oldu” – İran yığmasının baş məşqçisi[/b]

“Maraqlı və çətin oyun keçdi. Hər iki komanda taktiki planda ağıllı oynadı, yaxşı hücumlar qurdu”. Apasport.az saytının məlumatına görə, bu sözləri İran yığmasının baş məşqçisi Mohammad Nazemalşarieh deyib.

 

Millimizlə yoldaşlıq oyunundan 3:3 hesablı bərabərliklə ayrılan cənub qonşularımızın çalışdırıcısı fikirlərini belə izah edib: “Bildiyiniz kimi, biz də Asiya çempionatının oyunlarına hazırlaşırıq. Çalışdıq səhvlərimizi aşkara çıxaraq, axsadığımız cəhətlərimizi təsbit edək. Müəyyən səhvlər oldu. İkinci oyunda daha yaxşı oynayacağımıza ümid edirəm”.

 

Qeyd edəki, tərəflər arasındakı ikinci matç bu gün keçiriləcək.

0