[b]“Qəbələ”dən əzmkar qələbə - YENİLƏNİB[/b]
24.01.2018 - 19:59
[b]“Qəbələ”dən əzmkar qələbə - YENİLƏNİB[/b]

Antalyada təlim-məşq toplanışında olan “Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” hazırlığın ikinci mərhələsində ilk sınaq matçına çıxıb.

 

Birinci mərhələdə Türkiyənin “Akhisar Bələdiyəspor” (1:1) və İsveçrənin “Sürix” (0:1) klubları ilə görüşən Roman Qriqorçukun komandası bu dəfə Makedoniyanın “Rabotniçki” klubu ilə üz-üzə gəlib.

 

Oyunda hesabı makedoniyalılar açıb. Serjio fərqlənib. İlk hissənin son dəqiqəsində Asif Məmmədov status-kvonu bərpa edib.

 

Fasilədən sonra Baqali Dabo da fərqlənib və komandasını önə keçirib. Matç elə bu hesabla da başa çatıb. 

 

Yoxlama oyunu

24 yanvar

“Qəbələ” (Azərbaycan) – “Rabotniçki” (Makedoniya) - 2:1

Qollar: Asif Məmmədov, 45, Dabo, 54 - Serjio, 39

Qloriya məşq meydançaları

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 8. Qismət Alıyev, 3. Vojislav Stankoviç, 15. Vitali Vernidub, 34. Ürfan Abbasov, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov (k), 28. Stiven Monroz, 19. Filip Ozobiç, 9. Baqali Dabo, 10. Ruslan Qurbanov 

0