[b]Argentina prezidenti: Messi Maradonadan öndədi[/b]
24.01.2018 - 12:41
[b]Argentina prezidenti: Messi Maradonadan öndədi[/b]

Argentinanın prezidenti Maurisio Makri futbol haqda verdiyi maraqlı açıqlaması ilə diqqət çəkib. Apasport.az saytı bu ölkənin mətbuatına istinadən xəbər verir ki, o, həmyerliləri Dieqo Maradona və Lionel Messini müqayisə edib.

 

Makri “Barselona”nın superulduzunu əfsanəvi futbolçudan üstün saydığını bildirib: “Mən Messini seçərdim. Davamlı oynaması və vurduğu qolların sayı baxımından Leo öndədi. Digər sahələr kimi, futbol da daim inkişaf edir. Keçmişlə müqayisədə indi ən yaxşı olmaq daha çətindi. Rəqabət, məşqlər işin adi tərəfidi. Amma futbolçuların sürətində fərq böyükdü”.

 

Maradona 1977-1994-cü illərdə şərəfini qoruduğu Argentina yığmasında 91 oyunda 34 qola imza atıb. 1986-cı ildə dünya çempionu tituluna yiyələnən keçmiş “10 nömrə” 1990-cı ildəki mundialda gümüşlə kifayətlənib.

 

Messi isə 2005-ci ildən dəvət aldığı millidə 123 oyunda 61 dəfə fərqlənib. O, DÇ-2014-də gümüş medal qazanıb.

 

 

0