[b]İsveç klubu Bakıya gətirəcəyi heyəti açıqladı[/b]
25.01.2018 - 09:58
[b]İsveç klubu Bakıya gətirəcəyi heyəti açıqladı[/b]

İsveçin qadın həndbolçulardan ibarət “Kristianstad” klubu heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, skandinaviyalılar “Çelenc Cup”ın 1/8 final mərhələsində Azərbaycanın “Azəryol” komandası ilə matç üçün 14 oyunçu sifariş ediblər.

 

Bunlardan 6-sı legioner olduğu halda, digərləri yerli həndbolçulardı. Baş məşqçi Ulf Şefvert Bakıda keçiriləcək hər 2 qarşılaşmada Zoe Afram, Sindi Birberq (İspaniya), Sara Kariström, Lusie Sarrapova, Martina Krova, Martina Veysenbilderova (hər üçü Çexiya), Jozifine Gunnarsson, Maya Hansson, Asli İskit (Türkiyə), Karoline Mansson, Luise Neydenström, Aqnes Rutqvist, Elin Stin və Nikolina Zadraveçə (Xorvatiya) şans verəcək.

 

Qeyd edək ki, “Azəryol” “Kristianstad”la hər iki oyunu Bakıda, “ABU Arena”da keçirəcək. Qarşılaşmalar fevralın 2-də və 3-də olacaq. 

0