[b]“Azərreyl” zirvədə qalmaq, “Abşeron” liderlik iddiasında[/b]
25.01.2018 - 14:24
[b]“Azərreyl” zirvədə qalmaq, “Abşeron” liderlik iddiasında[/b]

Sabah qadın voleybolçular arasında Azərbaycan Super Liqasında II turun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, hər 2 qarşılaşma eyni gündə start götürəcək.

 

Voleybol Mərkəzində təşkil olunacaq tura “Azərreyl” – AVF matçı ilə start veriləcək. Famil Ağayevin yetirmələri qarşılaşmada aşkar favoritdi. Onların yenə “quru hesablı” qələbə qazanacaqları istisna deyil. Lakin böyük ümidlər bəslənilən AVF-in də asanlıqla təslim olacağı inandırıcı görünmür. Çünki Adnan Kistak da demək olar ki, yeni komandanı formalaşdırıb və əsasən yığma üzvlərindən təşkil olunan kollektivin əzmkarlıq nümayiş etdirəcəyi proqnozlaşdırılır.

 

Günün digər matçında “Lokomotiv” “Abşeron”u sınağa çəkəcək. Bu görüşdə “Abşeron” ilk turdakı qələbənin təsadüfü olmadığını sübuta yetirməyə çalışacaq. Eldar Yusubovun komandası bu dəfə də qalib gələcəyi halda, liderlik savaşında “Azərreyl”ə “əlcək atacaq”. Amma “Lokomotiv”in də sensasiyaya imza atmaq şansı var. Vüqar Əliyevin komandası müəyyən vaxtdı bir yerdə oynadığından sonadək döyüşəcək.

 

Azərbaycan Super Liqası

 

26 yanvar

II tur

15:00. “Azərreyl” - AVF

17:00. “Lokomotiv” – “Abşeron”

 

N

Komanda

O

Q

M

S

T

X

1

Azərreyl

1

1

0

3-0

75-44

3

2

Abşeron

1

1

0

3-0

75-53

3

3

ABF

1

0

1

0-3

53-75

0

4

Lokomotiv

1

0

1

0-3

44-75

0

 

0