[b]Milli üzvünün 14 xalı qələbəyə yetmədi[/b]
25.01.2018 - 22:57
[b]Milli üzvünün 14 xalı qələbəyə yetmədi[/b]

Qadın voleybolçular arasında Çempionlar Liqasının III turuna start verilib. Apasport.az saytının məlumatına görə, milli komandamızın hücumçusu Polina Rəhimovanın çıxış etdiyi “Fənərbaxça” da növbəti oyununa çıxıb.

 

B qrupunda çıxış edən İstanbul təmsilçisi doğma meydanda “Konelyano” ilə qarşılaşıb. İtaliya klubu ilə görüş “Fənərbaxça”nın məğlubiyyəti ilə yekunlaşıb – 2:3 (25:21, 27:25, 15:25, 17:25, 10:15).

 

Rəhimova görüşdə 14 xal toplasa da, bu, qələbə üçün yetərli olmayıb.

0