[b]Yığma üzvlərindən asan qələbə[/b]
28.01.2018 - 00:02
[b]Yığma üzvlərindən asan qələbə[/b]

Kişi boksçular arasında Azərbaycan çempionatı davam edir. 39 komandanın iştirakı ilə 200-dən artıq idmançının qatıldığı yarışın ikinci günündə 41 döyüş olub.

 

Belə ki, 69 kq çəki dərəcəsində 1/16, 56 kq, 60 kq, 81 kq və +91 kq çəki dərəcələrində 1/8 final mərhələsinin görüşləri keçirilib. Çempionatın ikinci günü də Azərbaycan millisinin üzvləri asan qələbə qazanıblar. Yığmamızın aparıcı boksçularından İslam Həmrəyliyi Oyunlarının mükafatçıları Tayfur Əliyevlə (56 kq) Rauf Rəhimov (81 kq), dünya çempionumuz Cavid Çələbiyev (60 kq) adlarını 1/4 finala yazdırıblar. Həmçinin gənclər komandasından böyüklərə yeni gələn Avropa birinciliyinin qalibi Məhəmməd Abdullayev (+91 kq) də rinqdən qalib kimi ayrılıb.

 

Çempionatın III günü 32 qarşılaşma təşkil olunacaq. Döyüşlərə saat 14:00-da start veriləcək.

 

Azərbaycan çempionatı

II günün nəticələri

 

56 kq

Tayfur Əliyev (MOİK) - Kamran Əlizadə (Sabirabad) - birinci tam üstünlüklə qələbə qazanıb

Elvin Adgözəlov (MOİK) - Sərxan Babayev ("Rabitə" İK) - 0:5

 

Pərviz Mustafayev ("Kür" İK) - Elnur Həsənov (Siyəzən) - ikinci tam üstünlüklə qələbə qazanıb

Məhəmməd Əlizadə ("Təhsil") - Təbriz Şirvani ("Gilan" İK) - birinci döyüşə gəlməyib

 

Ramal Yusifzadə ("Qızıl Əlcək" İK) - Samir Muradov (Sumqayıt) - birinci tam üstünlüklə qələbə qazanıb

Turab Mayılov ("Neftçi" İK) - Camaləddin Əlizadə ("Orion" İK) - 5:0

 

Səfər Qulamov ("Gömrükçü" İK) - Fərid Şirəli (Gəncə) - birinci diskvalifikasiya olunub

Fuad Tarverdiyev ("Sədərək" İK) - Ümid Rüstəmov ("Rabitə" İK, DİN) - 0:5

 

60 kq

Ruslan Rüstəmov ("Rabitə" İK) - Elcan Qafarlı ("Gilan" İK) - 5:0

Əfsəddin Əlizadə ("Kür" İK) - Niyaməddin Allahverdiyev ("Neftçi" İK) - birinci döyüşü davam etdirməkdən imtina edib

 

Sərxan Əliyev ("Qəbələ" İK) - Polad Hüseynov ("Səbail" İK) - 5:0

Sərxan Qurbanzadə ("Neftçi" İK) - Sayad Lalayev (MOİK) - 0:5

 

İbrahim Cabirzadə ("Qızıl Əlcək") - Vüsal Verdiyev ("Qəbələ" İK) - 4:1

Süleyman Süleymanlı (Masallı) - Arzuman Tağıyev (Naxçıvan) - 5:0

 

Həsən Qasımov (DİN) - Seymur İsayev ("Gilan" İK) - 0:5

Kənan Kazımov ("Lokomotiv" İK) - Cavid Çələbiyev ("Qəbələ" İK) - ikinci tam üstünlüklə qələbə qazanıb

 

69 kq

Roman Zakirov ("Qəbələ" İK) - Telman Süleymanov (Z-1 İK) - ikinci döyüşə gəlməyib

Orxan Xasməmmədov (DİN) - Aqşin Dadaşzadə (Masallı) - 5:0

Kamran Qəhrəmanlı (DİN) - Hikmət Allahverdiyev (Sumqayıt) - birinci tam üstünlüklə qələbə qazanıb

Ruslan Musayev (Lənkəran) - Şirxan Məmmədov ("Neftçi" İK) - birinci döyüşə gəlməyib

Xəzər Əliyev ("Kür" İK) - Emil Novruzov ("Qəbələ" İK) - ikinci diskvalifikasiya olunub

Elmar Mirzəyev (Qusar) - Ariz Abbasov (Mingəçevir) - birinci döyüşə gəlməyib

Sarvan Məmmədov ("Gömrükçü" İK) - Səməd Həsənzadə (Sabirabad) - 0:5

Əlyar İbrahimov (Gəncə) - Əli Nəbiyev (Naxçıvan) - 5:0

Kamran İbrahimov ("Rabitə" İK) - Zahir Məlikov ("Neftçi" İK) - 0:5

Tural Hüseynov ("Sərhədçi" İK) - Kamran Hüseynov ("Neftçi") - ikinci döyüşü davam etdirməkdən imtina edib

Məhəmməd Əliyev (Naxçıvan) - Tural Musayev (Tovuz) - birinci döyüşə gəlməyib

Hikmət Qarayev ("Rabitə" İK) - Elnur Süleymanov ("Gilan" İK) - 0:5

 

81 kq

Loren Dominkos Alfonso ("Qəbələ" İK) - Elxan Əliyev ("Gilan" İK) - 5:0

Tural Şamiddinov ("Neftçi" İK) - Zaur Rəhimov (Gəncə) - 5:0

Xəqani Cəfərov ("Zenit" İC) - Röyal Məmmədli ("Sərhədçi" İK) - birinci tam üstünlüklə qələbə qazanıb

Hacı Dilbazov ("Qəbələ" İK) - Eldar Quliyev ("Gilan" İK) - birinci döyüşə gəlməyib

Surət Qarayev ("Gömrükçü" İK) - Əlirza Nəsibov ("Sədərək" İK) - birinci döyüşə gəlməyib

Fərid Bəylərov ("Kür" İK) - Cəbrayıl Ələkov ("Orion" İK) - ikinci tam üstünlüklə qələbə qazanıb

Rüfət Abdullayev (Sumqayıt) - Tural Həsənov (Z-1 İK) - ikinci tam üstünlüklə qələbə qazanıb

Aleksandr Brendin ("Rabitə" İK) - Rauf Rəhimov ("Qəbələ" İK) - 0:5

 

+91 kq

Asif Aslanlı ("Qəbələ" İK) - Ziya Budaqlı ("Təhsil") - ikinci döyüşə gəlməyib

Məhəmməd Abdullayev ("Rabitə" İK) - Elvin İmanqulu (Z-1 İK) - ikinci döyüşü davam etdirməkdən imtina edib

Orxan Əliyev (Z-1 İK) - Məhəmmədəli Tahirzadə ("Qəbələ" İK) - 1:4

Rafiq Təhməzov ("Gömrükçü" İK) - Elşən Hüseynov (DİN) - 1:4

Kənan Xəlilov ("Neftçi" İK) - Sadıq Səmədov ("Ədliyyə" İK) - 0:5

0