[b]Şəhriyardan gözlənilməz sülh[/b]
28.01.2018 - 01:17
[b]Şəhriyardan gözlənilməz sülh[/b]

Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə ənənəvi “Tata Steel Chess” turniri davam edir. Apasport.az saytının məlumatına görə, yarışda 12-ci turun oyunları keçirilib.

 

Super turnirdə Azərbaycanı təmsil edən yeganə qrossmeyster Şəhriyar Məmmədyarov hesabat turunu gözlənilmədən heç-heçə ilə başa çatdırıb.

 

O, qara fiqurlarla oynadığı partiyada yarışın autsayderi ingilis Qavein Consla üz-üzə gəlib. Tərəflər 12-ci gedişdə bərabərliyə razılaşıblar.

 

Bu nəticədən sonra xalını 8-ə yüksəldən Məmmədyarov turnir cədvəlinin üçüncü pilləsində yerində qalıb. O, Aniş Qiri və Maqnus Karlsendən yarım xal geri qalır.

 

Qeyd edək ki, sonuncu turda Şəhriyar Məmmədyarov ağ fiqurlarla Vişvanatan Anandla qarşılaşacaq.

 

0