[b]Türkiyədə klub avtobusuna hücum: “Ölümdən döndük” - FOTO[/b]
28.01.2018 - 22:27
[b]Türkiyədə klub avtobusuna hücum: “Ölümdən döndük” - FOTO[/b]

Türkiyə Super Liqa klublarından “Antalyaspor” hücuma məruz qalıb. Apasport.az saytının məlumatına görə, hücum komanda “Akhisar” səfərindən dönərkən klubun avtobusuna olub.

 

Belə ki, Dənizli şəhəri ərazisində svetoforun qırmızı işığında gözləyən avtobusa kimliyi bilinməyən azarkeş qrupu tərəfindən daşla hücum olub. Avtobusun arxa şüşəsi tam, yan şüşələrindən bəziləri isə qismən qırılıb.

 

“Antalyaspor”un kapitanı Zəki Yıldırım hücum zamanı bir neçə komanda yoldaşının yaralandığını bildirib. O, ölümdən döndüklərini də qeyd edib: “İlk olaraq arxa şüşəni endirdilər. Həyatımda belə böyük daş görməmişdim. Daş yağışına düşmüşdük. Nə baş verdiyini anlaya bilmirdik. Mən bir nəfər gördüm, amma cəmi neçə nəfər olduqlarını bilmirəm. Yüngül yaralananlar oldu, amma yaxşı qurtardıq. Ölümdən döndük”.

 

 

 

0