[b]Qılıncoynadanlarımız Dünya Kubokundan mükafatsız dönür[/b]
29.01.2018 - 10:37
[b]Qılıncoynadanlarımız Dünya Kubokundan mükafatsız dönür[/b]

ABŞ-da qılıncoynatma üzrə Dünya Kuboku seriyasından sayılan A kateqoriyalı turnir başa çatıb. Apasport.az saytının məlumatına görə, Baltimor şəhərində təşkil olunan yarışın həm fərdi, həm də komanda mübarizəsində Azərbaycan millisinin idmançıları da güclərini yoxlayıblar.

 

Belə ki, Aysel Əhədova, Sevil və Sevinc Bünyatova bacılarından ibarət komandamız ilk mərhələdə Qazaxıstan komandasını 45:42 hesabı ilə məğlub edib. Millimiz 8 komanda arasında yüksəlmək uğrunda görüşdə italiyalı həmkarlarına məğlub olub (18:45). Ardınca Ukrayna və Yaponiya komandaları ilə də bacarmayan sablyaçılarımız 15-16-cı yerlər uğrunda görüşdə Belarusa 45:43 hesabı ilə qalib gələrək, 19 komanda arasında 15-ci yeri tutublar.


Qadın sablyaçıların fərdi yarışında ən yaxşı göstərici Sevil Bünyatovaya məxsusdu. Qrup mərhələsini 3 qələbə ilə bitirən Sevil, ardınca polşalı və belaruslu rəqiblərini mübarizədən kənarlaşdırıb. Sablyaçımız 32 ən güclü idmançı sırasına yüksəlmək uğrunda görüşdə rumıniyalı Biaka Paskuya uduzaraq turniri 59-cu sırada tamamlayıb. 


Qrup mərhələsində 2 qələbə qazanan Sevinc Bünyatova növbəti mərhədə yaponiyalı Urano Kanaya uduzub.
 

Qrupda bir qələbə qazanan Aysel Əhədova isə mübarizəni erkən dayandırıb.

0