Azərbaycan atletləri İstanbula təlim-məşq toplanışına yollanacaqlar
15.05.2008 - 15:35
Azərbaycan atletləri İstanbula təlim-məşq toplanışına yollanacaqlar
Bakı. Kənan Həsənov – APA-Sport. Azərbaycan atletləri mayın 17-də Türkiyənin İstanbul şəhərinə təlim-məşq toplanışına yollanacaqlar. Bu haqda “APA-Sport” agentliyinə Atletika Federasiyasının baş katibi Firat Hüseynov məlumat verib. Onun sözlərinə görə, mayın sonunadək nəzərdə tutulan hazırlıq prosesində milli komandanın baş məşqçisi Məhərrəm Sultanzadənin rəhbərliyi altında Pekin olimpiadasına lisenziya qazanan Ramil Quliyev və Ruslan Abbasov, həmçinin Valentin Bulıçevlə Pavel Setin iştirak edəcəklər. Atletlərimiz təlim-məşq toplanışından sonra Qazaxıstana yollanacaqlar. Təmsilçilərimiz bu ölkədə iyunun 6-da start götürəcək Qusman Xasanovun xatirəsinə həsr olunan beynəlxalq memoriala qatılacaqlar.
0