[b]“Neftçi”dən 2 yeni transfer[/b]
30.01.2018 - 16:32
[b]“Neftçi”dən 2 yeni transfer[/b]

Türkiyədə təlim-məşq toplanışını başa vurmaq üzrə olan “Neftçi” heyətini gücləndirməkdə davam edir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, paytaxt təmsilçisi daha 2 futbolçunu transfer edib.

 

Qış fasiləsində İlkin Qırtımov, Fərid Abbaslı və Fransisko Xavyer Qarsiya ilə anlaşan “ağ-qaralar” bu dəfə 2 əcnəbi futbolçu ilə birdən müqavilə bağlayıb. Belə ki, argentinalı hücumçu Lukas Qomez və kolumbiyalı yarımmüdafiəçi Mayk Kampaz bakılılarla 1 illik sazişə qol çəkiblər.

 

Qomes yeni komandasında 9, Kampaz isə 12 nömrəli forma altında çıxış edəcək.

 

Qeyd edək ki, 31 yaşlı Lukas Qomez Venesuelanın “Deportivo Lara” klubundan transfer edilib. Onunla həmyaşıd olan Mayk Kampazın isə son komandası Kosta-Rika təmsilçisi UCR olub.

0