Avropa Voleybol Konfederasiyası qitə miqyaslı klub turnirlərinin reqlamentində dəyişiklik edib
15.05.2008 - 16:07
Avropa Voleybol Konfederasiyası qitə miqyaslı klub turnirlərinin reqlamentində dəyişiklik edib
Bakı. Kənan Həsənov - APA-Sport. Avropa Voleybol Konfederasiyası (CEV) qitə miqyaslı klub turnirlərinin reqlamentində dəyişiklik edib. “APA-Sport” agentliyinin məlumatına görə, yeni qəbul edilən qərara əsasən, bütün turnirlərə “qızıl set” şamil ediləcək. Yeni mövsümdən etibarən CEV kuboku və “Çağırış kuboku” turnirləri ilə yanaşı, Çempionlar Liqasında da qalibi müəyyənləşdirmək üçün də “qızıl set” oynanılacaq. Yeni qayda yalnız, iki oyunun yekununa görə setlər arasında bərabərlik qeydə alınacağı halda tətbiq olunacaq.
Qeyd edək ki, ötən mövsüm Çempionlar Liqasında qalib top fərqinə görə müəyyənləşdirilib.
0