[b]Həmyerlimizin komandası Ukraynada ən güclüdü[/b]
31.01.2018 - 12:36
[b]Həmyerlimizin komandası Ukraynada ən güclüdü[/b]

Kişi voleybolçular arasında Ukrayna çempionatında IX tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, hesabat turunda həmyerlimiz Vasif Talıbovun baş məşqçisi olduğu "Vinnitsa" “Dnepr”in qonağı olub.

 

Reqlamentə əsasən komandalar 2 dəfə üz-üzə gəliblər. Hər 2 qarşılaşmada təmsilçimizin komandası qalib gəlib. İlk matçda rəqibini 3:1 hesabı ilə məğlub edən "Vinnitsa" ikinci görüşünü set vermədən hesabına yazıb.

 

Bu qələbələrdən sonra onlar Ukrayna çempionatında 1-ci yerdədi. "Qırmızı-qaralar" keçirdiyi 18 oyunun 14-də qalib gəlib və 41 xala malikdi. "Vinnitsa" ikinci yerdə qərarlaşan “Lokomotiv”i set fərqinə görə qabaqlayır. 


Qeyd edək ki, Talıbov "Rabitə" və "Telekom"da məşqçi kimi fəaliyyət göstərib.

 

0