[b]Millimizin oyununu “Fənərbaxça”lılar izləyib - FOTO[/b]
31.01.2018 - 14:51
[b]Millimizin oyununu “Fənərbaxça”lılar izləyib - FOTO[/b]

Millimizin Antalyada Moldova ilə keçirdiyi yoldaşlıq görüşündə sürpriz qonaqlar olub. Apasport.az saytının məlumatına görə, Bakıda fəaliyyət göstərən “Fənərbaxça” məktəbinin şagirdləri görüşü tribunadan izləyiblər. 

 

Gənclər oyunboyu komandamıza dəstək nümayiş etdiriblər. Qarşılaşma bitdikdən sonra isə gənc "Fənərbaxça"lılar millimizin baş məşqçisi Qurban Qurbanovla xatirə şəkli çəkdiriblər.

 

Qeyd edək ki, Azərbaycan – Moldova oyunu qolsuz bərabərliklə nəticələnib.

0