[b]“Lokomotiv” yoluna davam edə biləcəkmi?[/b]
31.01.2018 - 17:57
[b]“Lokomotiv” yoluna davam edə biləcəkmi?[/b]

Sabah kişi voleybolçular arasında “Çelenc Cup”ın 1/8 final mərhələsinin oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Lokomotiv” mərhələnin cavab qarşılaşmasında Yunanıstan “Olimpiakos”unu qəbul edəcək.

 

Görüşün gərgin keçəcəyi gözləniləndi. Çünki səfərdə 0:3 hesabı ilə uduzan Fərid Cəlalovun yetirmələri öncə bu məğlubiyyətin revanşını almağa çalışacaqlar. Onlar bunu bacaracaqları halda, yollarına davam da edə biləcəklər. Avrokubokda debüt edən “Lokomotiv” artıq 2 dəfə bunu bacarıb. “Dəmiryolçular” bu mərhələyədək “Apoel” (Kipr) və “Fonte Bastardo”nu (Portuqaliya) “Qızıl set”də üstələyiblər.

 

Təbii ki, oyunu lotereyaya daşımaq üçün 3:0 və ya 3:1 hesablı qələbə də vacibdi. Əks halda, “Olimpiakos” mərhələ adlayacaq. Yunanlar da məhz bu məqsədlə Bakıya gəliblər. Onlar 2 setdə qalib gələrlərsə, “Lokomotiv” yarışdan kənarda qalacaq.

 

 

“Çelenc Cup”

1/8 final, cavab oyunu

1 fevral

18:00. "Lokomotiv" (Azərbaycan) - "Olimpiakos" (Yunanıstan)

Hakimlər: Matsey Matseyevski (Polşa), Nikolas Ekford (İngiltərə)

Bakı, Voleybol Mərkəzi

 

“Lokomotiv”: 1. Vüqar Bayramov, 4. Murad Abdurazakov, 5. Əli Maqomedov, 7. Andrey Vasilenko, 9. Pərviz Səmədov, 10. Dmitri Obodnikov, 11. Asif Əliyev, 13. Aleksey Çervyakov, 14. İvan Kazaçkov, 15. Dmitri Baranov, 19. Kənan Allahverdiyev

 

“Olimpiakos”: 1. Konstantinos Çristofidelis, 2. İoannis Roumeliotakis, 3. Nikos Zoupani, 4. Mikko Oivanen, 5. Konstantinos Stivaçtis, 6. Georgios Stefanou, 7. Georgios Petreas, 8. Marcus Böme, 9. Theologos-Kristos Daridis, 10. Andreas Andreadis, 11. Fabian Drzizqa, 12. Petros Maνganas, 14. Paraskevas Tselios, 15. Todor Aleksiyev, 16. Sotirios Sinadinos, 18. Jeroen Rauverdink, 19. Andreas-Dimitros Fraqkos

 

İlk oyun: “Olimpiakos” (Yunanıstan) – “Lokomotiv” (Azərbaycan) - 3:0 (25:22, 25:15, 25:8)

0