[b]Azərbaycan çempionu avrokubokla vidalaşdı - YENİLƏNİB[/b]
01.02.2018 - 19:22
[b]Azərbaycan çempionu avrokubokla vidalaşdı - YENİLƏNİB[/b]

Bu gün kişi voleybolçular arasında “Çelenc Cup”ın 1/8 final mərhələsinin oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Lokomotiv” mərhələnin cavab qarşılaşmasında Yunanıstan “Olimpiakos”unu qəbul edib.

 

Səfərdə 0:3 hesabı ilə uduzan Fərid Cəlalovun yetirmələri öncə bu məğlubiyyətin revanşını almalı olsalar da, bunu bacarmayıblar. Belə ki, komandamıza oyunu “Qızıl set”ə daşımaq üçün 3:0 və ya 3:1 hesablı qələbə vacib idi. Lakin ilk 2 hissəni rəqib qazandığından sonuncu setin əhəmiyyəti qalmayıb.

 

Debüt mövsümündə 2 mərhələ adlayan “Lokomotiv” ikinci matçda da 0:3 hesabı ilə məğlub olub. Bu isə onların avrokubokla vidalaşması ilə nəticələnib.

 

“Çelenc Cup”

1/8 final, cavab oyunu

1 fevral

"Lokomotiv" (Azərbaycan) - "Olimpiakos" (Yunanıstan) - 0:3 (12:25, 20:25, 24:26)

Hakimlər: Matsey Matseyevski (Polşa), Nikolas Ekford (İngiltərə)

Bakı, Voleybol Mərkəzi

 

“Lokomotiv”: 1. Vüqar Bayramov, 4. Murad Abdurazakov, 5. Əli Maqomedov, 7. Andrey Vasilenko, 9. Pərviz Səmədov, 10. Dmitri Obodnikov, 11. Asif Əliyev, 13. Aleksey Çervyakov, 14. İvan Kazaçkov, 15. Dmitri Baranov, 19. Kənan Allahverdiyev

 

“Olimpiakos”: 1. Konstantinos Çristofidelis, 2. İoannis Roumeliotakis, 3. Nikos Zoupani, 4. Mikko Oivanen, 5. Konstantinos Stivaçtis, 6. Georgios Stefanou, 7. Georgios Petreas, 8. Marcus Böme, 9. Theologos-Kristos Daridis, 10. Andreas Andreadis, 11. Fabian Drzizqa, 12. Petros Maνganas, 14. Paraskevas Tselios, 15. Todor Aleksiyev, 16. Sotirios Sinadinos, 18. Jeroen Rauverdink, 19. Andreas-Dimitros Fraqkos

 

İlk oyun: “Olimpiakos” (Yunanıstan) – “Lokomotiv” (Azərbaycan) - 3:0 (25:22, 25:15, 25:8)

 

0