[b]“Hər 2 görüşü Bakıda keçirmək cəhənnəmdi” - FOTO[/b]
01.02.2018 - 17:08
[b]“Hər 2 görüşü Bakıda keçirmək cəhənnəmdi” - FOTO[/b]

“Rəqib komanda barədə bir çox məlumat toplamışıq. Bütün bunlara əsasən onu deyə bilərəm ki, mərhələ adlamağa can atacağıq”. Apasport.az saytının məlumatına görə, bunu İsveçin qadın həndbolçulardan ibarət “Kristianstad” klubunun rəsmisi Sten Ravhed deyib.

 

O, “Çelenc Cup”ın 1/8 final mərhələsində “Azəryol”la oyun öncəsi fikirlərini açıqlayıb. Ravhed bildirib ki, fevralın 2-də və 3-də Bakıda keçirəcəkləri qarşılaşmada mərhələ adlamağa çalışacaqlar: “Bizim çox yaxşı komandamız var. Hətta səfərdə oynasaq da, təmsilçilərimiz layiqli mübarizə aparacaqlar. Bu gün Bakıya yollanıb, fevralın 4-də geri qayıdacaq”.  

 

Klub rəsmisi hər 2 matçın ölkəmizdə keçirilməsinə də münasibət bildirib. Onun sözlərinə görə, qarşılaşmaların Azərbaycanda keçirilməsi “Kristianstad”ın büdcəsinin qənaətinə hesablanıb: “Hər 2 matçın eyni şəhərdə keçirilməsi iqtisadi cəhətdən sərfəlidi. Bunu etməməyə hər hansı bir əsasımız yoxdu. İdman prinsipləri ilə yanaşsaq, hər 2 görüşü rəqibin meydanında, Bakıda keçirmək cəhənnəmdi. Belə razılığın əldə olunması ilə 100 min (təxminən 21600 manat) krondan artıq qənaət etmiş olacağıq”.

 

Qeyd edək ki, matçlar “ABU-Arena”da baş tutacaq.

 

0