[b]“Gücümüz buna çatdı” – Fərid Cəlalov[/b]
02.02.2018 - 01:00
[b]“Gücümüz buna çatdı” – Fərid Cəlalov[/b]

“Əlimizdən gələni etdik. Sadəcə, komandaların güc nisbəti həlledici oldu. Bacardığımızı etdik, amma gücümüz bundan artığına imkan vermədi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Lokomotiv”in baş məşqçisi Fərid Cəlalov deyib.

 

Kişi voleybolçular arasında “Çelenc Cup”ın 1/8 final mərhələsinin cavab oyununda Yunanıstanın “Olimpiakos” klubu ilə qarşılaşan “dəmiryolçular” 0:3 hesabı ilə məğlub olaraq turnirlə vidalaşdılar.

 

Oyundan sonra federasiyanın mətbuat xidmətinə açıqlama verən Cəlalov fikirlərini bölüşüb: “Bu turnir “Lokomotiv”ə çox şey verdi. Əsas odu ki, komandaya özünəinam qazandırdı. Sadəcə, oyunçu çatışmazlığı daha da irəliləməyə imkan vermədi. Məsələn, ehtiyatda top qəbul edəcək voleybolçu yoxdu. Məcburiyyətdən diaqonal oyunçunu qəbula, orta oyunçunu isə diaqonala qoyuruq. Komandanı tam komplektləşdirmək lazımdır. 14 oyunçudan dördü top qəbul edən hücumçu, iki diaqonal olmalıdır. Bizdə cəmi bir diaqonal oyunçu var. O da Pərviz Səmədovdur”.

 

Qeyd edək ki, bu komandalar arasındakı Yunanıstandakı ilk oyun da rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatmışdı.

0