SİZİN REKLAM BURADA

“Lokomotiv” yaxşı hazırlaşıb, amma...” – “Olimpiakos”un baş məşqçisi

“İlk oyunda olduğu kimi, səfərdə də yaxşı oynadıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Olimpiakos”un baş məşqçisi Fernando Munyos Benites deyib.

 

Kişi voleybolçular arasında “Çelenc Cup”ın 1/8 final mərhələsinin cavab oyununda təmsilçimiz “Lokomotiv”lə qarşılaşan Yunanıstan klubu 3:0 hesablı qələbə qazanaraq növbəti mərhələyə keçdi.

 

Oyundan sonra qısa açıqlama verən mütəxəssis matçı şərh edib: “Bilirdik ki, “Lokomotiv” bu oyuna yaxşı hazırlaşıb. Ancaq ilk iki setdə taktiki və texniki cəhətdən çox yaxşı çıxış edib, növbəti mərhələyə yüksəldik. Növbəti hədəfimiz yarımfinala çıxmaqdır. Fikrimcə, turnirin favoritləri “Bunqe” (İtaliya), “Qazprom-Yuqra” (Rusiya) və “Maliye Piyanqo”dur (Türkiyə)”.

 

Qeyd edək ki, bu komandalar arasındakı Yunanıstandakı ilk oyun da rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatmışdı.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 16 13 2 1 26-6 41

2.

Qəbələ

16 11 2 3 30-15 35

3.

Zirə 16 9 4 3 25-14 34

4.

Sumqayıt

16 7 3 6 20-18

24

5.

Neftçi

16

6 1 9 18-18 19

6

Səbail 16 4 2 10 10-23 14

7.

Keşlə

16

3 3 10 11-25 12

8.

Kəpəz

16 2 1 13 10-31 7
               

 

Top 10