[b]Futbolçunu vuran hakimin cəzası açıqlandı[/b]
02.02.2018 - 11:36
[b]Futbolçunu vuran hakimin cəzası açıqlandı[/b]

Fransalı hakim Toni Şapronun cəzası müəyyənləşib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Liqa 1-in XX turunda keçirilən “Nant” – PSJ matçında meydan sahiblərinin futbolçusu Dieqo Karlosu təpiklə vuran referi 3 ay təyinat almayacaq.

 

Fransa Futbol Federasiyası onu ikinci qərara qədər hakimlikdən uzaqlaşdırmışdı. Məsələni araşdıran Nizam-İntizam Komitəsi yekun qərarını verib. Belə ki, Şapron 3 aylıq diskvalifikasiya ilə canını qurtarıb.

 

Qeyd edək ki, PSJ-nin 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmanın 90-cı dəqiqəsində “Nant”ın futbolçusu Dieqo Karlosa ilişərək yerə yıxılan referi arxadan onu təpiklə vurub. Daha sonra ayağa qalxan Şapron oyunçunu ikinci sarı vərəqə ilə meydandan qovub.

 

0