Azərbaycan şahmatçısı İspaniyada keçirilən turnirdə liderdir
16.05.2008 - 11:08
Azərbaycan şahmatçısı İspaniyada keçirilən turnirdə liderdir
Bakı. Kənan Həsənov – APA-Sport. İspaniyanın Salou şəhərində təşkil olunan beynəlxalq şahmat turnirində VIII turun görüşləri keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, yarışdakı yeganə təmsilçimiz Azər Mirzəyev məğlubiyyətsiz oyunlar seriyasını davam etdirib. İspaniyada yaşayan 30 yaşlı beynəlxalq qrossmeysterimiz hesabat turunda ukraynalı Sergey Krivaşeylə heç-heçə edərək liderliyini qoruyub. Hesabında 6,5 xal olan A.Mirzəyev bu gün həlledici IX turda argentinalı Pablo Lafuente ilə qarşılaşacaq. Qeyd edək ki, 8145 avro mükafat fonduna malik yarışda 56 şahmatçı mübarizə aparır.
0