[b]Badmintonçularımız İrandan qələbəsiz qayıdır[/b]
06.02.2018 - 09:35
[b]Badmintonçularımız İrandan qələbəsiz qayıdır[/b]

Azərbaycan millisinin badmintonçuları İranın Zəncan şəhərində startı verilən "İran Fajr challenge" turnirində iştirak edib. Badminton Federasiyasından apasport.az saytına verilən məlumata görə, təmsilçilərimizdən Teymur Abbasov iranlı Parsa Şahbaziyə 0:3 hesabı ilə məğlub olub.

 

Cahid Əlhəsənovla yerli idmançı Farbod Yasaminin görüşü isə gərginliyi ilə seçilib. Badmintonçumuz 2 setdə rəqibindən üstün olsa da, yekunda 2:3 hesabı ilə uduzub. Kənan Rzayevlə Möhsen Masoumitəbərzəncaninin görüşündə də qalib son anda müəyyənləşib. İranlı idmançı 5 setin yekununda 3:2 hesablı qələbə qazanıb.

 

Digər badmintonçumuz Səbuhi Hüseynov iranlı idmançı Əlirza Kərəmiyə 0:3 hesabı ilə məğlub olub. Orxan Qələndərov isə Məhəmmədəmin Əliəkbərianla görüşdə mübarizəni dayandırıb. İranlı idmançı təmsilçimiz üzərində 3:1 hesablı qələbə qazanıb.

 

Badmintonçularımızın qoşa yarışlarda da rəqibləri iranlı idmançılar olub. Teymur Abbasovla Cahid Əlhəsənov qoşa yarışlarda iranlı Həsən Motagi və Mehran Şahbazi cütünə 0:3 hesabı ilə məğlub olub. Orxan Qələndərov Kənan Rzayev cütü isə Məhəmmməd Pəirəvand Seyid Armin Zəkizadə tandeminə 1:3 hesabı ilə məğlub olub.

 

0