[b]Pxençxan-2018: Favoritlər açıqlandı[/b]
07.02.2018 - 17:06
[b]Pxençxan-2018: Favoritlər açıqlandı[/b]

Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək XXIII Qış Olimpiya Oyunları ilə bağlı proqnozlar açıqlanıb. Apasport.az saytının məlumatına görə, ABŞ-ın “Gracenote” şirkəti yarışla bağlı təhlillər apararaq, medal sıralamasının necə olacağını müəyyənləşdirib.

 

Qurumun mütəxəssislərinin qənaətinə əsasən, ən yaxşı göstəriciyə Almaniya yığması imza atacaq. Onların 14 qızıl, 11 gümüş və 14 bürünc medal qazanacağı proqnozlaşdırılır. Mükafat siyahısında ikinci yeri Norveçin, üçüncü pilləni isə ABŞ-ın tutacağı iddia edilir.

 

“Gracenote”nin Pxençxan-2018 üçün ilk “onluğ”u belədi:

 

Yer

Ölkə

Qızıl

Gümüş

Bürünc

Cəmi

1

Almaniya

14

11

14

39

2

Norveç

13

13

15

41

3

ABŞ

11

6

12

29

4

Fransa

10

8

3

21

5

Kanada

7

9

12

28

6

Hollandiya

7

7

4

18

7

Avstriya

6

3

6

15

8

Cənubi Koreya

6

3

0

9

9

Çin

6

2

2

10

10

İsveçrə

4

6

6

16

 

 

0