[b]Ramil Quliyev yeni ampluada - FOTO[/b]
08.02.2018 - 15:40
[b]Ramil Quliyev yeni ampluada - FOTO[/b]

Türkiyə atletləri 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının hazırlıqlarına start veriblər. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, Moskvada təşkil edilən təlim-məşq toplanışına qatılan idmançılar arasında azərbaycanlı Ramil Quliyev də var.

 

Fevralın 14-nə qədər davam edəcək toplanışda iştirak edənlər arasında ən təcrübəlisi məhz Türkiyə millisinin heyətində dünya çempionu olmuş Quliyevdi.

 

28 yaşlı sprinter həm də hazırlıq zamanı yığmanın məşqçilərinə kömək etməklə məşğuldu. O, yerli mətbuata açıqlamasında gənclərlə bağlı fikirlərini bölüşüb: “Gənclər burda yaxşı təcrübə toplayacaqlar. Moskvadakı toplanış daha çox texniki məşqlər üzərində qurulub. Gənc yoldaşlarımızın inkişafına kömək etmək istəyirəm. Təcrübə beynəlxalq səviyyəli yarışlarda iştirakla qazanılır. Gənclərimizin çatışmazlıqlarını aradan qaldırmağa çalışırıq. Birlikdə məşq keçməyimiz onları daha böyük hədəflərə kökləyəcək”.

 

Qeyd edək ki, Ramil Quliyev ötən il 200 metr məsafəyə qaçışda dünya çempionu olub.

0