[b]"Formula-1": "Jamiroquai" Bakıya gəlir[/b]
09.02.2018 - 14:09
[b]"Formula-1": "Jamiroquai" Bakıya gəlir[/b]

Aprelin 27-29-da Bakıda keçiriləcək "Formula-1" üzrə Azərbaycan Qran-prisinin konsert proqramında çıxış edəcək ilk əcnəbi müğənninin adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, bu barədə Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai açıqlama verib.

 

O, bu gün keçirdiyi brifinqdə bildirib ki, "Jamiroquai" "Baku Crystall Hall"da səhnə alacaq. Böyük Britaniyanın tanınmış qrupu aprelin 27-də səhnəyə çıxacaq. Fank musiqi janrının əfsanələri “Kristal Zal”da tamaşaçıların qarşısına çıxaraq canlı performans nümayiş etdirəcəklər.

 

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə ictimaiyyətə bildirir ki, gərgin mübarizə ilə dolu və əyləncəli keçəcək “2018 Formula-1” Azərbaycan Qran-prisi yarış həftəsonunun ilk gecəsində səhnəyə fank musiqisinin qabaqcıllarından olan “Jamiroquai” musiqi qrupu çıxacaq. Ötən illərdəkindən fərqli, bu il yarış həftəsonunda dünya ulduzlarının iştirakı ilə baş tutacaq axşam konsertləri ilk dəfə olaraq “Kristaı Zal”da keçiriləcək.

 

Caz musiqisinin təmsilçisi olan Cey Key tərəfindən 1992-ci ildə Londonda yaradılan bu qrup qısa müddətdə məşhurlaşaraq, dünyanın ən uğurlu musiqi qruplarından birinə çevrilib. 25 illik fəaliyyət müddəti ərzində 27 milyondan çox albom satan bu qrup “Grammy”, “İvor Novello” və “MTV Moonmen” mükafatlarına layiq görülüb. Böyük Britaniyada 13 dəfə nominasiya əldə edib və biletləri tamamilə satılan beş dünya turunu reallaşdırıb.

 

“Jamiroquai”nın ilk albomu “Emergency on Planet Earth” adlanır və qrup bu albomu ilə davamlı inkişafda olub və böyük uğurlar qazanıb. Daha sonra qrup milyonlarla satışa nail olmuş yeni albomlar çıxarıb və bu albomlarda digər musiqi növlərindən, o cümlədən pop, rok, disko və elektronika janrlarından da ifalar səsləndirib. Qrup məşhur treklərindən “Virtual İnsanity” ilə “MTV”nin keçirdiyi Video Musiqi Müsabiqəsinin və “Grammy” Mükafatının 4 dəfə qalibi olub və həmçinin klassik janrda səsləndirdiyi “Space Cowboy”, “Deeper Underground” və “Feels Just Like İt Should” mahnıları ilə şöhrətini daha da artırıb. Bundan başqa “Jamiroquai” qrupu 1996-cı ildə çıxardığğı “Travelling Without Moving” albomu fank musiqi janrı tarixində ən çox satılan albom ünvanı qazanaraq, Ginnesin Rekordlar Kitabına daxil olub.

 

Dünya musiqisinin ən məşhurlarından olan “Chance the Rapper”, “Pharrell”, “Tyler the Creator”, “Jungle”, “Redman” və “The Internet” kimi tanınmış ulduzların böyük rəğbətini qazanan və həmçinin Stivi Vonder və Dayana Ross ilə birlikdə möhtəşəm ifalar nümayiş etdirən bu qrup dövrümüzdə hamının böyük hörmət göstərdiyi aparıcı musiqi innovatorlarından biri kimi qəbul olunmaqdadı.

 

2017-ci ildə “Jamiroquai” musiqi qurupu “Automaton” adlı yeni albomunu çıxarıb. Sayca səkkizinci olan bu albomda insan, maşın və yer planeti arasında olan münasibətlər qeyri-adi üslubda ələ alınıb. Qrup “Automaton” albomu ilə özfəaliyyətinin ən yüksək pilləsində olduğunu göstərib və hələ də qrupun dünya miqyasında böyük arenalarda keçirdiyi konsertlərin biletləri tamamilə satılmaqdadı.

 

Bakıya toplaşacaq bütün “Formula-1” azarkeşləri yüksək enerjili konsert gecəsini səbirsizliklə gözləyirlər və “Jamiroquai” qrupu yarış həftəsonunun ilk gecəsində nümayiş etdirəcəyi konsert proqramında “Kristal Zal”a toplaşmış avtoidman həvəskarlarına möhtəşəm səhnə performansı ilə unudulmaz gecə yaşadacaq.

 

BŞH-nin icraçı direktoru Arif Rəhimov “Jamiroquai” qrupunun Bakıya gəlişinə belə münasibət bildirib: “2018 Formula-1” Azərbaycan Qran-prisinin keçiriləcəyi yarış həftəsonunun cümə günü axşam saatlarında baş tutacaq canlı konsert proqramı ilə əyləncəli tədbirlərin açılışını edəcək “Jamiroquai” qrupunu Bakıda qarşılayacağımız üçün çox şadıq. Dünyada özünəməxsus səsi və yüksək enerjili performansı ilə məşhurlaşmış çox az musiqi qrupu var. Cey Keyin rəhbərliyindəki bu qrup musiqi tarixində istedadlı və nadir sayılan xüsusiyyətlərə malik qruplardan biridi və onun özü həm də avtomobillər üzrə böyük həvəskardı. Bu qrupun gəlişi yarış həftəsonunun bütün iştirakçıları üçün ən ideal seçimdi və Bakıda sayca üçüncü dəfə keçiriləcək “Formula-1” yarışının açılışını bundan daha yaxşı şəkildə qeyd etmək mümkün olmazdı. Bakıda bizimlə birlikdə olmağa çalışın və biletlərinizi indidən əldə etməyə tələsin. Həqiqətən də, builki yarış həftəsonu çox fərqli olacaq”.

 

Bütün bilet sahibləri konsertlərdə pulsuz iştirak edə biləcəklər. Bakı Şəhər Halqasından “Kristal Zal”a tamaşaçıların gediş-gəlişi avtobuslar vasitəsilə həyata keçiriləcək.

 

Yalnız dördgünlük bilet sahibləri aprelin 26-da baş tutacaq Pit Yolu Gəzintisində eksklüziv olaraq iştirak edə biləcəklər.

0