[b]Pxençxan-2018: Azərbaycan təmsilçisi mübarizəyə nə vaxt qoşulacaq?[/b]
10.02.2018 - 10:31
[b]Pxençxan-2018: Azərbaycan təmsilçisi mübarizəyə nə vaxt qoşulacaq?[/b]

Azərbaycan idmançısı Patrik Braxnerin Pxençxanda keçirilən XXIII Qış Olimpiya Oyunlarında start xəttinə çıxacağı gün və saat məlum olub. Apasport.az saytının məlumatına görə, “Ağ Olimpiada”da yeganə təmsilçimiz ilk cəhdini fevralın 18-də edəcək.

 

Həmin gün nəhəng salolom yarışları baş tutacaq. Mübarizəyə start Bakı vaxtı ilə saat 05:15-də veriləcək. Lakin sıralamanın nəticəsinə əsasən Braxner Olimpiadaya 3,5 saat sonra da qoşula bilər.

 

Milliləşdirilmiş avstriyalı slalom yarışlarında isə fevralın 22-də qüvvəsini sınayacaq. Bu dəfə də idmançılar start xəttinə 05:15-də çıxacaqlar.

 

Qeyd edək ki, Braxner Azərbaycan millisinin heyətində Soçi-2014-də də yer alıb.

0