[b]“Olimpin ilahələri” - FOTOSESSİYA[/b]
10.02.2018 - 12:05
[b]“Olimpin ilahələri” - FOTOSESSİYA[/b]

Pxençxanda keçirilən XXIII Qış Olimpiya Oyunlarının ən gözəl idmançılarının adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, rusiyalı həmkarlarımız “Olimpin ilahələri” kimi qələmə verdiyi siyahıya 12 atlet daxil edib.

 

“İlahələr” arasında snoubordçular və fiqurlu konkisürənlər üstünlük təşkil edir. Bu idman növlərinin hərəsinin 3 idmançısı gözəlliyi ilə diqqət çəkib. Digər 6 idman növü isə 1 idmançısı ilə fərqlənib. Bunlar hokkey, skeleton, fristayl, kerlinq, biatlon və xizəklə tramplindən tullanmadı.

 

12 ən gözəl arasında rusiyalılar say üstünlüyü qazanıb. Şimal qonşularımız siyahıda 6 idmançı ilə təmsil olunub. Digər 91 ölkədən isə yalnız 6-sı heyətindəki gözəllə öyünə bilər. Bu ölkələr Almaniya, Böyük Britaniya, Norveç, İtaliya, ABŞ və Avstraliyadı.

 

“Olimpin ilahələri”

1. Alevtina Ştareva (Rusiya) - hokkey

2. Anna Fernştadt (Almaniya) – skeleton

3. Alyona Zavarzina (Rusiya) – snoubord

4. Rouen Çeşir (Böyük Britaniya) – fristayl

5. Sofiya Fyodorova (Rusiya) – snoubord

6. Silye Norendal (Norveç) – snoubord

7. Anastasiya Brızqalova (Rusiya) – kerlinq

8. Doroteya Virer (İtaliya) – biatlon

9. Natalya Zabiyako (Rusiya) – fiqurlu konkisürmə

10. Medison Çok (ABŞ) – fiqurlu konkisürmə

11. Sofya Tixinova (Rusiya) – xizəklə tramplindən tullanma

12. Keylani Kreyn (Avstraliya) – fiqurlu konkisürmə

0