[b]Taekvondo üzrə Azərbaycan çempionatının vaxtı dəqiqləşdi[/b]
10.02.2018 - 15:00
[b]Taekvondo üzrə Azərbaycan çempionatının vaxtı dəqiqləşdi[/b]

Taekvondo üzrə Azərbaycan çempionatı və birinciliklərinin vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, böyüklər arasında respublika çempionatı fevralın 21-də start götürəcək.

 

Yarış 2 gün davam edəcək. Ardınca dayanq gənc taekvondoçuların ixtiyarına veriləcək. Onların mübarizəsi fevrlın 23-də başlanacaq və 25-də yekunlaşacaq.

 

Yarışlar Boks Mərkəzində keçiriləcək.

0