[b]“Buta Golden”də ilk günün mükafatçıları bilindi[/b]
10.02.2018 - 17:19
[b]“Buta Golden”də ilk günün mükafatçıları bilindi[/b]

Bu gün Binə Atçılıq Mərkəzinin qapalı manejində ilin ilk konkur yarışı start götürüb. ARAF-dan apasport.az saytına verilən məlumata görə, turnir E, M* və S* kateqoriyaları üzrə təşkil olunub.

 

“Buta Golden” adlı yarışda Azərbaycanın müxtəlif atçılıq klublarının yeniyetmə və yetkin yaş qrupları üzrə idmançıları iştirak edib. E kateqoriyası üzrə maneələrin hündürlüyü 80-85 sm olan yarışda 1-ci yeri Atçılıq məktəbinin idmançısı Səməd Əliverdiyev Tibet ləqəbli atla, 2-ci yeri Atçılıq məktəbinin idmançısı Ramil İbrahimov Light Limerick ləqəbli atla, 3-cü yeri isə “Sərhədçi” klubunun idmançısı Dünyamalı Qurbanbəyov David ləqəbli atla qazanıb.

 

M* kateqoriyası üzrə maneələrin hündürlüyü 120-125 sm olan yarışda çempion tituluna “Murad” klubunun idmançısı Kərim Abdullayev Clima ləqəbli atla layiq görülüb. 2-ci yerə “Sərhədçi” klubunun idmançısı Sənan Məmmədov Misir ləqəbli atla, 3-cü pilləyə isə “Buta Golden” klubunun idmançısı Yahor Morotski Astrello ləqəbli atla sahib olub.

 

Günün sonuncu S1* kateqoriyası üzrə maneələrin hündürlüyü 130-140 sm olan final yarışında birincilik və “Buta Golden” kubokunu “Sərhədçi”nin çaparı Seyid Musayev Nabab De Belou ləqəbli atla qazanıb. 2-ci yeri “Murad” klubunun idmançısı Kərim Abdullayev Clima ləqəbli atla, 3-cü pilləni isə “Elite Horse and Polo Club”un idmançısı Elmar Abdullayev Cera 59 ləqəbli atla tutub.  

 

Qeyd edək ki, sabah “Buta Golden” kubokunun ikinci mərhələsi komandalar arası keçiriləcək. “Sərhədçi”, “Elite Horse and Polo Club”, Atçılıq məktəbi və “Royal Riding” komandaları “Buta Golden” kuboku uğrunda mübarizə aparacaq.

 

Turnirin ümumi mükafat fondu 5000 AZN təşkil edir.

 

0