[b]Azərbaycan Dünya Kubokuna 1 idmançı ilə yollanır[/b]
12.02.2018 - 11:01
[b]Azərbaycan Dünya Kubokuna 1 idmançı ilə yollanır[/b]

Martın 1-də Meksikanın Qvadalaxara şəhərində güllə atıcılığı üzrə Dünya Kuboku keçiriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan 12 gün davam edəcək yarış üçün 1 snayper sifariş edib.

 

İlin ilk mötəbər yarışında hədəf önünə Ruslan Lunyov çıxacaq. O, 10 m və 25 m məsafələrdən atəş açmada dəqiqliyini yoxlayacaq.

 

Yarışda ümumilikdə 50 ölkənin 404 idmançısı mübarizə aparacaq. 

0