[b]Sülhsevər tur[/b]
12.02.2018 - 11:31
[b]Sülhsevər tur[/b]

Premyer Liqanın XV turunda keçirilən 4 oyundan 3-ü heç-heçə nəticələnib. Apasport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, “Zirə” – “Sumqayıt” və “Keşlə” – “Səbail” matçlarında komandalar hərəyə 1 top vurubsa, “Qarabağ” – “Qəbələ” görüşü qolsuz başa çatıb.

 

Eyni turda 3 heç-heçənin qeydə alınmasına cari mövsümdə ilk dəfə təsadüf olunur. Belə ki, ilk yarının 14 turunda belə sülhsevərlik qeydə alınmamışdı. 3 və ya daha çox oyunun bərabərliklə nəticələndiyi son tur 2016/17 mövsümündə yaşanıb. 2016-cı il oktyabrın 23-25-də baş tutan IX turun 4 qarşılaşmasından 1-də qonaqlar qələbə qazanıbsa, 3-də heç-heçə qeydə alınıb. Növbəti sülhsevər tur 16 aydan sonraya təsadüf edib.

 

Qeyd edək ki, XV turda yalnız “Neftçi” – “Kəpəz” matçında qalib müəyyənləşib. Bu görüşdə meydan sahibləri 1:0 hesablı qələbə qazanıb.

0