[b]Baş məşqçi Dmitri Nazarovdan narazıdı[/b]
12.02.2018 - 13:21
[b]Baş məşqçi Dmitri Nazarovdan narazıdı[/b]

Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun “Aue”də işləri yolunda getmir. Apasport.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, onun komandası II Bundesliqanın XXII turunda evdə “İnqolştadt”la qolsuz bərabərə qalıb.

 

Turnir cədvəlinin aşağı pillələrində qərarlaşan klubun uğursuz çıxışının əsas səbəbkarları hücum xəttində yer alan futbolçular göstərilir. Çünki “Aue” hələlik çempionatın ən az qol vuran komandalarından biridi.

 

“İnqolştadt”la qarşılaşmadan sonra baş məşqçi Hannes Dryus da hücum “trio”sunun “dişsizliy”indən şikayətlənib. O, Dmitri Nazarov, Sebio Souku və Paskal Köpkenin yer aldığı ön xətt oyunçularının qol vəziyyəti yaratmaqda çətinlik çəkmələrindən narahatlığını dilə gətirib: “Bu problemin üzərində çalışmaqda davam edəcəyik. Məşqçi kimi işə bundan başlayacam. Vəziyyəti öz xeyimizə dəyişməyə çalışacağıq”.

 

Qeyd edək ki, Dmitri Nazarov “İnqolştadt”la görüşdə hücumun mərkəzində çıxış edib.

0