[b]“Sərhədçi” 5000 manatlıq yarışı kubokla bitirdi[/b]
12.02.2018 - 13:59
[b]“Sərhədçi” 5000 manatlıq yarışı kubokla bitirdi[/b]

Atçılığın konkur növü üzrə keçirilən “Buta Golden” kuboku başa çatıb. Apasport.az saytının məlumatına görə, Binə Atçılıq Mərkəzinin qapalı manejində baş tutan turnirin ikinci mərhələsində komandalar yarışıblar.

 

“Sərhədçi”, “Elite Horse and Polo Club”, Atçılıq məktəbi və “Royal Riding”in E, M* və S* kateqoriyaları üzrə təşkil olunan oyunda “Buta Golden” kubokunu “sərhədçilər” qazanıb. İkinci yer “Elite Horse and Polo Club”a qismət olduğu halda, “Royal Riding Klubu” “üçlüy”ü qapayıb.

 

Təkrar sıçrayışda fərdi mübarizə aparan idmançılardan “Murad” klubunun idmançısı Anar Hümbətov D’Amour ləqəbli atla çempion tituluna yiyələnib. “Sərhədçi”nin çaparı Sənan Məmmədov Misir ləqəbli atla 2-ci yerə, “Murad”ın digər üzvü Kərim Abdullayev Clima ləqəbli atla 3-cü pilləni tutub.

 

Qeyd edək ki, turnirin ümumi mükafat fondu 5000 manat təşkil edib.

 

0