[b]“Neftçi”nin oyunu təxirə salındı[/b]
12.02.2018 - 15:14
[b]“Neftçi”nin oyunu təxirə salındı[/b]

Futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasının XV turunun bir qarşılaşması təxirə salınıb. Apasport.az saytının Azərbaycan Futzal Federasiyasının feysbuk səhifəsinə istinadən məlumatın görə, fevralın 14-də keçirilməli olan “Neftçi” İK – “Yasamal” İK oyunu baş tutmayacaq.

 

Buna nominal meydan sahiblərinin 5 futzalçısının səhhətində problem yaranması səbəb olub. Belə ki, bu gün müayinədən keçən “Neftçi” İK komandasının üzvlərində kəskin respirator xəstəliyi aşkarlanıb və həkim oyunçuların azı 1 həftə yataq rejimində qalmalı olduğunu bildirib.

 

Bunu nəzərə alan futzal federasiyası “Neftçi” İK – “Yasamal” İK oyununu qeyri-müəyyən vaxta təxirə salıb. Digər 2 oyun əvvəlcədən təyin edildiyi vaxtda başlayacaq.

 

XV tur

14 fevral

14:30. “Araz” – EKOL
Bakı İdman Sarayı

16:00. “FK.İD.Futsal” – “Marafon Futsal”
Bakı İdman Sarayı

 

0