[b]“Messi paltardəyişmə otağında ağlayırdı” – Aleksis Sançes[/b]
12.02.2018 - 16:09
[b]“Messi paltardəyişmə otağında ağlayırdı” – Aleksis Sançes[/b]

“Mançester Yunayted”in yeni transferi Aleksis Sançes “Sky Sports” telekanalında sabiq futbolçu Tyerri Anrinin verilişində qonaq olub. Apasport.az saytının məlumatına görə, çilili hücumçu bu səviyyəyə çatmaq üçün çətin yol keçdiyini bildirib.

 

O, yaxşı karyera qurmağın asan olmadığını vurğulayıb: “Futbol sənə dəbdəbəli həyat verir. Amma insanlar çəkdiyin əziyyəti görmürlər. Bunlar kadr arxasında qalır. Futbolçular analarının ad günlərini buraxır, uzun müddət övladlarını görmürlər. Əksəriyyəti işinə o dərəcədə köklənir ki, hətta övladlarının doğum günündə də onların yanında olmur”.

 

Sançes söhbət əsnasında sabiq komanda yoldaşı, “Barselona”nın lideri Lionel Messini yada salıb. O, məğlub olduqları oyundan sonra argentinalının göz yaşlarını gördüyünü deyib: “Finalda uduzursansa, ağlayırsan. Bu, onunla bağlıdı ki, sən özündən daha artığını tələb edirsən. “Çelsi”yə məğlub olduqdan sonra Messi paltardəyişmə otağında ağlayırdı və mən bunu görmüşəm. İnsanlar isə belə şeylərə fikir vermirlər. Hamını razı salmaq mümkün deyil. Həmişə səndən narazı qalanlar olacaq. Bunu şəxsi təcrübəmə əsaslanıb, deyirəm. Futbolu sevirəm və karyeramı davam etdirmək istəyirəm”.

 

Qeyd edək ki, əvvəllər “Udineze” və “Barselona” klublarında da oynamış Aleksis Sançes “Mançester Yunayted”ə bu il “Arsenal”dan keçib.

 

 

0