[b]Mourinyo De Xeanı "Real"a buraxmağa razılıq verdi[/b]
13.02.2018 - 01:19
[b]Mourinyo De Xeanı "Real"a buraxmağa razılıq verdi[/b]

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo əsas qapıçı David De Xeanın "Real"a satılmasına razılıq verib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, portuqaliyalı mütəxəssisin bunun üçün şərti var.

 

Belə ki, Mourinyo İspaniya millisinin qolkiperinin vətəninə qayıtması müqabilində qarşı tərəfdən almaniyalı yarımmüdafiəçi Toni Kroosu istəyib. "Kral klubu" bununla yanaşı, müəyyən məbləğdə pul da ödəməlidi.

 

Qeyd edək ki, David De Xea bu yaxınlarda Madridə qayıtmaq istədiyini bildirmişdi.

0