Yığmamız 11,2 milyonluq stadionda oynayacaq

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin İrlandiya ilə səfər oyununun yeri dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının seçmə mərhələsinin martın 27-də baş tutacaq qarşılaşma “Talla” stadionunda keçiriləcək. Görüşün başlama saatı hələlik dəqiqləşməyib.

 

İrlandiyanın paytaxtı Dublindəki bu arena cəmi 6 min tamaşaçı tutumuna malikdi. Rəşad Sadıqovun yetirmələrinin çıxacağı stadion yetərincə yenidi.

 

Belə ki, inşasına 2000-ci ildə başlanan idman qurğusunun açılışı 2009-cu ilə təsadüf edib. Arenanın tikintisi 11,2 milyon avroya başa gəlib.

 

Cənubi Dublin qraflığının şurası və “Şemrok Rovers” klubunun şərikli sahibi olduğu stadionda bu komanda, həmçinin İrlandiyanın qadınlardan ibarət yığması çıxış edir.

 

Qeyd edək ki, 5 oyundan sonra 1 xalla V seçmə qrupunda sonuncusu olan yığmamız martda iki matç keçirəcək. Sadıqovun yetirmələri ayın 22-də Kosovonun, 27-də İrlandiyanın qonağı olacaq.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 23 17 5 1 33-8 56

2.

Qəbələ

23 12 6 5 37-23 42

3.

Sumqayıt 23 11 6 6 31-25 39

4.

Zirə

23 9 8 6 29-24

35

5.

Neftçi

23

10 4 9 31-24 34

6

Səbail 23 5 4 14 15-32 19

7.

Keşlə

23

4 6 13 20-36 18

8.

Kəpəz

23 3 3 17 14-38 12
               

 

Top 10