Nömrəsi əlindən alındı, “Neftçi”dən göndərilir

“Neftçi” qış fasiləsində transferə çıxardığı Mateo Mujekin adını mövsümün ikinci yarısı üçün iştirak ərizəsində saxlayıb. Apasport.az saytı xəbər verir ki, xorvatiyalı müdafiəçinin forma nömrəsi də əlindən alınıb.

 

Belə ki, ilk yarıda onun geyindiyi 3 nömrəli futbolka “Binə”dən transfer edilən Fərid Abbaslıya verilib. Mujek yaşına uyğun olaraq “23 nömrə”ni götürsə də, çox güman ki, bu formanı geyinməyə müyəssər olmayacaq. Çünki baş məşqçi Tərlan Əhmədov onun xidmətində maraqlı deyil.

 

23 yaşlı futbolçunun klubla müqavilə müddəti davam etdiyindən, onu yola salmaq heç də asan deyil. Yalnız Mujek özünə yeni klub taparsa, “ağ-qaralar” anlaşmaya xitam verəcəklər. Belədə futbolçu azad agent statusu kimi istənilən komandaya keçə biləcək. Əks təqdirdə, “Neftçi” onu yola salmaq üçün təzminat ödəməyə borcludu.

 

Əldə etdiyimiz məlumata görə, Mujekin xarici klublardan biri ilə danışıqları müsbət nəticələnmək üzrədi. Sol cinah müdafiəçisindən cavab gözləyən bakılılar onunla müqaviləyə qarşılıqlı razılıqla xitam verməyə hazırdılar. Bunun isə yaxın günlərdə rəsmiləşməsi gözlənilir.

 

Qeyd edək ki, Mateo Mujek “Neftçi”yə mövsümlərarası fasilədə Sloveniya “Rudar”ından keçib.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 23 17 5 1 33-8 56

2.

Qəbələ

23 12 6 5 37-23 42

3.

Sumqayıt 23 11 6 6 31-25 39

4.

Zirə

23 9 8 6 29-24

35

5.

Neftçi

23

10 4 9 31-24 34

6

Səbail 23 5 4 14 15-32 19

7.

Keşlə

23

4 6 13 20-36 18

8.

Kəpəz

23 3 3 17 14-38 12
               

 

Top 10