[b]Daha iki əcnəbi futbolçu sifariş olundu[/b]
13.02.2018 - 15:34
[b]Daha iki əcnəbi futbolçu sifariş olundu[/b]

“Zirə” və “Kəpəz”in qış fasiləsində müvafiq olaraq heyətə cəlb etdikləri Aleksandr Dedovla Dario Federikonun problemi yoluna qoyulub. Apasport.az saytının məlumatına görə, adıçəkilən futbolçuların adları PFL-ə təqdim olunan iştirak ərizəsinə artıq əlavə olunub.

 

Yenidən “Kəpəz”ə qayıdan braziliyalı yarımmüdafiəçi Federiko ikinci yarıdan etibarən 91 nömrəli formanı geyinəcək. “Zirə”nin dövrələrarası fasilənin son günündə transfer etdiyi moldovalı orta sahə oyunçusu Dedov isə 9 nömrəni seçib.

 

Qeyd edək ki, Dario Federiko transfer vərəqəsi gec gəldiyi, Aleksandr Dedov isə keçidi son anda reallaşdığı üçün Premyer Liqanın XV turunu buraxışdı.

0