[b]"Real" və "Liverpul"dan qələbə - YENİLƏNİB[/b]
15.02.2018 - 01:38
[b]"Real" və "Liverpul"dan qələbə - YENİLƏNİB[/b]

Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində daha iki qarşılaşma keçirilib. Apasport.az saytının məlumatına görə, növbəti matçlar İspaniya və Portuqaliyada baş tutub.

 

Turnirin son qalibi və Çempionlar Liqasının kubokunu ən çox (12 dəfə) qazanmış “Real” PSJ ilə münasibətlərinə aydınlıq gətirib. Cari mövsümü qeyri-stabil keçirən və La Liqada 4-cü pillədə qərarlaşan madridlilər bütün diqqəti ÇL-ə yönəltdiklərini bir daha isbatlayıblar. Qarşılıqlı hücumlar şəraitində keçən görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Real"ın heyətində Kriştianu Ronaldo dubl etdiyi halda, digər qola Marselo imza atıb. PSJ-nin qolunun müəllifi isə Adrien Rabio olub. 

  

Günün digər matçında “Porto” və “Liverpul” üz-üzə gəlib. Qonaqlar rəqibə göz açmağa imkan verməyiblər. 5:0 hesablı qələbə qazanan "Liverpul" növbəti mərhələyə vəsiqəni böyük ölçüdə təmin edib.  

 

Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

 

14 fevral

“Real” (Madrid, İspaniya) – PSJ (Fransa) - 3:1

Qollar: Ronaldo, 45 (pen.), 83; Marselo, 86 - Rabio, 33

Baş hakim: Canluka Rokki (İtaliya)

"Real": 1. Keylor Navas, 4. Serxio Ramos, 5. Rafael Varan, 6. Naço, 12 Marselo, 8. Toni Kroos, 10. Luka Modriç, 14. Kasemiro, 22. İsko, 7. Kriştianu Ronaldo, 9. Kərim Benzema

Ehtiyat oyunçular: 13. Fransisko Kasilya, 20. Marko Asensio, 11. Qaret Beyl, 19. Aşraf Hakimi, 15. Teo Ernandes, 23. Mateo Kovaçiç, 17. Lukas Vaskes

Baş məşqçi: Zinəddin Zidan

PSJ: 16. Alfonse Areloa, 32. Dani Alveş, 5. Markinyoş, 3. Presnel Kimpembe, 17. Yuri Berçiçe, 6. Marko Verratti, 19. Covani Lo Çelso, 25. Adrien Rabio, 29. Kilian Mbappe, 10. Neymar, 9. Edinson Kavani

Ehtiyat oyunçular: 1. Kevin Trapp, 2. Tiaqo Silva, 19. Lassana Diarra, 11. Anxel di Mariya, 23. Yulian Draksler, 12. Tomas Munier, 27. Xavyer Pastore  

Baş məşqçi: Unai Emeri

 

 

"Porto” (Portuqaliya) – “Liverpul” (İngiltərə) - 0:5

Qollar: Mane, 25, 53, 85; Salah, 29; Firmino, 70

Baş hakim: Daniele Orsato (İtaliya)

"Porto": 12. Xose Sa, 8. Yasine Brahimi, 16. Ektor Herrera, 5. İvan Markano, 11. Mussa Mareqa, 25. Otavio, 21. Rikardo Pereyra, 23. Dieqo Reyes, 27. Serjio Oliveyra, 29. Soares, 13. Aleks Telles

Ehtiyat oyunçular: 1. İker Kasilyas, 17. Xesus Korona, 18. Majid Varis, 4. Osorio, 14. Qonsalo Pasiensia, 2. Maksi Pereyra, 10. Oliver Torres

Baş məşqçi: Serjio Konseysao

"Liverpul": 1. Loris Karius, 6. Deyan Lovren, 4. Vircil Van Diyk, 66. Trent Aleksander-Arnold, 26. Endryu Robertson, 7. Ceyms Milner, 14. Cordan Henderson, 5. Corcinyo Viynaldum, 19. Sadio Mane, 11. Məhəmməd Salah, 9. Roberto Firmino

Ehtiyat oyunçular: 22. Simon Minyole, 12. Co Qomes, 28. Denni İnqs, 20. Adam Lallana, 32. Joel Matip, 18. Alberto Moreno, 21. Aleks Oksleyd-Çemberleyn

Baş məşqçi: Yurgen Klopp

 

0