[b]“Erkən qollar bizi “sındıra” bilərdi” – Harri Keyn[/b]
14.02.2018 - 09:52
[b]“Erkən qollar bizi “sındıra” bilərdi” – Harri Keyn[/b]

“Buraxdığımız erkən qollar bizi “sındıra” bilərdi. Axı səfərdə, böyük arenada oynayırdıq”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Tottenhem” klubunun hücumçusu Harri Keyn deyib.

 

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində “Yuventus”un qonağı olan İngiltərə təmsilçisi 2:2 hesablı heç-heçə edib. “Tottenhem” matçın əvvəlində hesabda 2 top fərqilə geri düşsə də, oyunun gedişatını dəyişməyi bacarıb.

 

UEFA-nın rəsmi saytına danışan Keyn görüşlə bağlı fikirlərini bildirib. O, Turindən yaxşı nəticə ilə qayıtdıqlarını deyib: “İki top buraxdıqdan sonra hesabı bərabərləşdirməyimiz komandanın xarakterini göstərir. Səfərdə iki dəfə fərqlənmək əla nəticədi. Əslində, daha tez qol vurmalı idim. Başla zərbə vurduğum epizodu nəzərdə tuturam. Həmin məqamda rəqib qapıçı istəyimə mane olsa da, növbəti epizodda fərqlənməyi bacardım. Dele Alli mənə gözəl ötürmə verdi və bunu dəyərləndirə bildim”.

0