Şehiç və Bezotosnı “Dandalk”ın qapıçısına nədə uduzur?

Avropanın milli çempionatların cari mövsümündə ən çox quru oyun keçirən qapıçıların siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, cədvəldə ən yaxşı göstəriciyə malik 100 qolkiper yer alıb.

 

İrlandiyanın “Dandalk” klubunun qapıçısı Hari Rocers hamıdan çox – 18 matçda qapısını toxunulmaz saxlayıb. 16 belə görüş keçirən Mark Maknulti (“Kork Siti”, İrlandiya) 2-ci pillədə qərarlaşıb.

 

 O qədər də tanınmış qapıçı olmayan liderləri David de Xea (“Mançester Yunayted”, İngiltərə), Yan Oblak (“Atletiko”, İspaniya) və Bojidar Mitrev (“Levski”, Bolqarıstan) hərəyə 15 quru oyun keçirib. Ön sıralarda yer alan tanınan əlcək sahiblərindən Andre Ter-Şteqen (“Barselona”, İspaniya) 14, Tibo Kurtua (“Çelsi”, İngiltərə) 13 görüşü qol buraxmadan başa vurub.

 

“100-lük”də yer alan qapıçılar 8 və daha çox belə matç keçirənlərdi. Bu üzdən də Azərbaycan Premyer Liqasında çıxış edənlər cədvəldən kənar düşüb. Çünki çempionatımızın rekordçuları cəmi 5 quru oyunla öyünə bilər.

 

Bunlar “Qarabağ”ın qolkiperi İbrahim Şehiç və “Qəbələ”nin qolkiperi Dmitri Bezotosnıdı. Onlar 5-ə həftəsonu keçirilən XV turda çatıb. Şehiç 6, Bezotosnı 15 oyundan 5-də qol buraxmayıb.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 24 18 5 1 34-8 59

2.

Qəbələ

24 12 6 6 37-24 42

3.

Sumqayıt 24 11 6 7 31-26 39

4.

Neftçi

24 11 4 9 32-24

37

5.

Zirə

24

9 8 7 30-26 35

6

Keşlə 24 5 6 13 22-37 21

7.

Səbail

24

5 5 14 16-33 20

8.

Kəpəz

24 3 4 17 15-39 13
               

 

Top 10