“Renat Dadaşov heç bir perspektiv vəd etmir”

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun “Ayntraxt”da işləri yolunda getmir. Apasport.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, U-19 komandasında çıxış edən futbolçunun əsas heyətə keçmək şansı get-gedə azalır.

 

“Ayntraxt”ın aşağı yaş qruplarından ibarət komandalarındakı problemlərdən bəhs edən məqalədə klubun gələcəyinin heç də parlaq görünmədiyi vurğulanıb. Xüsusən də, əsas komanda üçün baza sayılan U-19-un hazırkı durumu ürəkaçan deyil.

 

Həmkarlarımız bu gedişlə Renat Dadaşov da içlərində olmaqla, bir neçə futbolçunun tezliklə “Ayntraxt”dan yola salınacağını düşünürlər: “Noel Knot, Nelson Mandela, Şahverdi Çətin, Renat Dadaşov və Deyi Beyreuter kimi gənc futbolçular peşəkar müqavilə bağlasalar da, yaxşı mövsüm keçirmirlər və inkişaf etmirlər. Bu, onlar üçün böyük problemdi. Çünki bu futbolçular gələn mövsüm üçün heç bir perspektiv vəd etmirlər. Onların əsas komandaya yüksəlmək və sıçrayış etmək şansları çox azdı. Artıq U-23 komandası olmadığından, onlar oyun praktikasından da əziyyət çəkəcəklər. Belədə adıçəkilən futbolçuların bir çıxış yolları qalır: “Ayntraxt”ı tərk etmək və oynaya biləcəkləri komandaya keçmək”.

 

Qeyd edək ki, ötən yay “Leypziq”dən “Ayntraxt”a keçən Renat Dadaşovun Frankfurt təmsilçisi ilə müqavilə müddəti 2020-ci ilə qədərdi.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 15 12 2 1 25-6 38

2.

Qəbələ

15 10 2 3 28-14 32

3.

Zirə 15 9 4 2 24-12 31

4.

Sumqayıt

15 6 3 6 18-18

21

5.

Neftçi

15

6 1 8 18-16 19

6

Səbail 15 4 2 9 10-22 14

7.

Keşlə

15

2 3 10 10-25 9

8.

Kəpəz

15 2 1 12 10-30 7
               

 

Top 10