[b]Millinin qapıçısı nə vaxt qayıdır?[/b]
14.02.2018 - 13:17
[b]Millinin qapıçısı nə vaxt qayıdır?[/b]

Azərbaycan çempionatının XVI turunda “Qəbələ”nin qonağı olacaq “Zirə” hazırlığını davam etdirir. Klubdan apasport.az saytına verilən məlumata görə, paytaxt təmsilçisinin çalışdırıcısı Ayxan Abbasov məşqlərdə kollektivin xidmətindən tam olaraq yararlana bilmir.

 

Belə ki, “Zirə”nin iki futbolçusu – qapıçı Anar Nəzirov və müdafiəçi Jozef Bum hələ də sıraya dönməyib. Onlar Qəbələ səfərində komandalarına kömək edə bilməyəcəklər.

 

Millinin də üzvü olan Nəzirovun XVII turda “Neftçi” ilə qarşılaşmaya qədər hazır olacağı gözlənilir. Kamerunlu futbolçu Bumun isə konkret nə vaxt sıraya dönəcəyi açıqlanmayıb.

 

Qeyd edək ki, 15 turdan sonra 31 xal toplayan “Zirə” turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.  

0