[b]Pxençxan-2018: Olimpiya Oyunlarında qasırğa həyəcanı[/b]
14.02.2018 - 14:12
[b]Pxençxan-2018: Olimpiya Oyunlarında qasırğa həyəcanı[/b]

Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarının 6-cı günü təbii hadisələrin güdazına gedib. Apasport.az saytının məlumatına görə, Asiya şəhərində tüğyan edən güclü külək Olimpiya parkını tanınmaz hala salıb.

 

Qasırğa önündəki çadırları, çəpərləri, gücü çatan hər şeyi dağıdır. Küləyin fəsadlarını azaltmaq üçün parkda təxliyə işləri aparılıb. Ərazidəkilərin hamısı digər yerlərə köçürülür, xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

 

Olimpiya parkında bu günə planlaşdırılan yarışların taleyi qaranlıq qalır. Onlardan biri – biatlonçuların mübarizəsi isə artıq qeyri-müəyyən vaxta təxirə salınıb.

0