“Neftçi”: biri qayıtdı, digəri iki həftə gözləyəcək

“Neftçi”nin zədəli futbolçularının son durumu bəlli olub. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, Elnur Cəfərov fitnes zalında məşqlərə başlayıb.

 

21 yaşadək futbolçulardan ibarət millinin düşərgəsində zədələnən hücumameylli yarımmüdafiəçinin sıraya dönməsi özünü çox gözlətməyəcək. Elnur təxminən 2 həftəyə komanda ilə məşqlərə başlayacaq.

 

“Neftçi”nin digər futbolçusu Ömər Buludov isə artıq tam olaraq sıraya dönüb. U-21 yığmamızın heyətində burnu qırılan müdafiəçi dünəndən “Neftçi”nin əsas komandası ilə hazırlığa start verib.

 

Qeyd edək ki, “Neftçi” ölkə çempionatının XVI turunda “Sumqayıt”ın qonağı olacaq. 

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 15 12 2 1 25-6 38

2.

Qəbələ

15 10 2 3 28-14 32

3.

Zirə 15 9 4 2 24-12 31

4.

Sumqayıt

15 6 3 6 18-18

21

5.

Neftçi

15

6 1 8 18-16 19

6

Səbail 15 4 2 9 10-22 14

7.

Keşlə

15

2 3 10 10-25 9

8.

Kəpəz

15 2 1 12 10-30 7
               

 

Top 10